2 İyun 2015 11:07
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın paytaxtı Madriddəki Prado muzeyi korlar üçün ilk rəsm sərgisinə başlayıb.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, muzeydə dünyanın 6 ən məşhur incəsənət nümunəsi 3D formatında çap edilib. Oktyabrın 18-dək davam edəcək sərgi gözdən əlilləri incəsənət nümunələrinə toxunmağa və onları hiss etməyə çağırır. Gözdən əlillər üçölçülü şəkillərə toxunmaqdan başqa sərgidə Brayl əlifbası ilə yazılmış materiallardan və audiobələdçilərdən istifadə edə bilərlər.

"Pradoya toxunuş"un təqdimatında muzey kolleksiyasında olan 53 əsər barədə audiotəsvirlər olan audiobələdçi xidməti də göstərilir. Muzeydə "Toxunulmaz", "Vulkan dəmirçi emalatxanası", "Çətir", "Mona Liza", "Əli sinəsində olan zadəgan", "Şirniyyat və şüşə qablı bodeqon" kimi incəsənət nümunələri təqdim olunur.

Teleqraf.com fotoları təqdim edir:

Rüstəm


Müəllif:

Oxşar xəbərlər