3 İyun 2015 18:35
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr studiyası yeni istedadların cəlbinə başlayıb.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə təşkil olunan studiya mütəmadi olaraq öz sıralarını genişləndirməkdə, sabahın səhnə həvəskarlarını öz ətrafına toplamaqdadır. Teatrın mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova Teleqraf.com-a açıqlamasında bildirib ki, daim balaca istedadları axtarıb tapan, onların səhnə vərdişlərini təkmilləşdirərək istedad və bacarıqlarını ortaya çıxaran, balaca sənət vurğunlarını böyük səhnə, çoxminli tamaşaçılarla görüşdürən, müsabiqə və festivallarda iştiraklarını təmin edən studiya yeni istedadların axtarışına çıxıb:

“Bu dəfə 4-8 yaş qrupu arasındakı oğlan və qızlara səhnə vərdişlərinin, səs və plastikanın, hər hansı yaradıcı qabiliyyətin nümayiş meydanı açılıb. Beləliklə, ”Oyuq"un sıralarına qatılmaq istəyən balacalar 3 iyun saat 14:00-dan başlayaraq A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının kiçik səhnəsindəki seçimlərə qatıla bilərlər. Teatrın rejissor və rəssamlarının, aparıcı aktyorlarının, eləcə də, studiyanın rəhbər və pedaqoqlarının aparacağı seçimdə özünü sınamaq istəyən balaca istedadları seçimlərə qatılmağa dəvət edirik".

Nərmin


Müəllif: