3 İyun 2015 18:21
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 30-da Qazaxıstanın Almatı şəhərində türkdilli ölkələrin “Bala Türkvizyon 2015” birinci uşaq televiziya mahnı müsabiqəsinin seçmə mərhələsi başlayıb. Bununla da türkdilli ölkələrin ilk dəfə keçiriləcək bu möhtəşəm mahnı müsabiqəsinin seçmə turlarına start verilib.

Teleqraf.com-un məlumatına görə, bu barədə layihənin baş koordinatoru İslam Bağırov məlumat verib.

O, bildirib ki, uşaq mahnı yarışmasının estafetinin Almatıdan başlaması təsadüfi deyil. Qazaxıstan türkdilli ölkələrin mədəni birliyinə böyük töhfə verən ölkələrdın biridir. Qazaxstanda Aliyə Nazarbayevanın rəhbərlik etdiyi “Jandau Alemi” fondunun türkdilli ölkələrin “Bala Türkvizyon” birinci uşaq televiziya mahnı müsabiqəsinə xüsusi dəstək verməsi həmin ölkədə bu tədbirə verilən önəm kimi dəyərləndirilməlidir. İslam Bağırov əlavə edib ki, TMB (Türk Müzik Birliyi) telekanalının beynəlxalq layihəsi olan “Bala Türkvizyon” müsabiqəsinə 20-dən çox ölkədən - o cümlədən Azərbaycandan 8-13 yaşlı uşaqlar qatılacaq. Türkdilli xalqların birliyinin möhkəmləndirilməsində xüsusi rolu olan ölkəmizdə də uşaq mahnı müsabiqəsinin seşmə mərhələsinin keçirilməsinə hazırlıq görülür. Müsabiqənin keçirilməsində əsas məqsəd isə türk dünyasının yetiyetmə istedadlarını üzə cıxarmaq, onlar arasında sıx əlaqələr qurmaq və ortaq Türk mədəniyyətini gələcək nəsillərə aşılamaq, bir birini daha da yaxından tanımasına şərait yaratmaqdır.

Naibə QURBANOVA


Müəllif: