Avstraliyalı iş adamı Cerom Borazionun sifarişi ilə Melburn şəhərində beşulduzlu "St Jerome's" oteli açılıb.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, urbanistik çalarla, kempinq əyləncə və macərasını birləşdirən oteldə ziyarətçilər damda yerləşən məkandan zövq ala bilərlər. Burada 24 saatlıq konsyerj servisi və bar da təqdim edilir. Bu açıq hava məkanı özünə səhərlər pulsuz tai-chi, meditasiya dərsləri daxil edir. Teepee stilli çadırlarda çarpayı, istilik sistemi də nəzərdə tutulub. Çadırlar iki ölçüdə təqdim edilir lyuks (4m çadırlar) və lyuks plus (5m çadırlar). Qiymətlər gecəyə 330 Avstraliya dollarından başlayır.
Teleqraf.com fotoları təqdim edir:
Rüstəm