13 İyun 2015 18:27
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktrisa Naibə Allahverdiyeva sənətə görə qarın nahiyəsindən çətin əməliyyat keçirib.

Bunu Teleqraf.com-a açıqlamasında bildirən aktrisa rolu naminə belə bir addım atdığını deyib:

"Hər zaman Kleopatra rolunu oynamaq istəmişəm. Buna görə iki il öncə əməliyyat olundum. Amma ən acınacaqlısı odur ki, əməliyyatdan sonra mənə bu rolu oynamaq qismət olmadı".

Hər zaman tamaşaçıların qarşısına gözəl formada çıxmağın tərəfdarı olan aktrisa sənət naminə əməliyyat olunmağa normal yanaşdığını deyib. O, həmçinin roluna görə üz nahiyəsində əməliyyat keçirən Amaliya Pənahovanı təndiq edənləri qınadığını bildirib:

"Əməliyyatdan sonra mən Amaliya xanımı televiziya ekranında görmüşəm. Çox normal idi və xoşuma gəldi. Aktrisadır və o, hər zaman gözəl görünmək istəyir. O, hər zaman gözəl xanım, gözəl aktrisa, gözəl bədii rəhbər olub. Bir zamanlar o bütün yaşlıları başına yığıb, onlara həyat verdi. O, öz aktyorlarının qədrini bildi. Hamısına ad verdirdi. Mən onunla fəxr edirəm. Bəziləri deyir ki, əməliyyat uğurlu olmayıb. Mən istəmirəm insanlar bu haqda danışsın, mətbuat da bu haqda yazsın. Axı, bu insandır. Ayıbdır. Bir tərəfdən Amaliya xanımın çəkisinə baxmaq lazımdır. O, dünənki uşaq deyil. Onun çəkisi, hörməti, gördüyü işlər var. Bu barədə ona hörmətlə yanaşmaq lazımdır. Lap tutaq ki, əməliyyat uğurlu olmayıb, bunu şişirtmək nəyə lazımdır?"

Nərmin


Müəllif:

Oxşar xəbərlər