20 İyun 2015 23:56
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Azərbaycan İnkişaf Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə “Milli geyimlərimizin dünəni və bu günü” devizi altında gerçəkləşən layihənin davamı olaraq iyunun 20–də bir qrup gənc milli dəyərlərimizin təbliği və ölkəmizin zəngin tarixi ənənələrini tanıtmaq məqsədilə “Park İnn” otelində yerləşən “İtalyan düşərgəsi”ndə italiyalı qonaqlarla görüşüblər.

AZƏRTAC xəbər verir ki, maraqlı keçən görüşdə xarici qonaqlara üzərində Azərbaycan tarixinin və adət-ənənələrinin əks olunduğu suvenirlər, bukletlər, kəlağayı və araqçınlar barədə məlumat verilib.

Layihənin rəhbəri Arzu Məsiyev qonaqlara milli geyimlərimiz və milli yeməklərimizin tarixindən söz açıb.

“İtalyan düşərgəsi”nin əlaqələndiricisi Kristian Milici və Daniel Kiakerili ölkəmizin zəngin tarixinin olduğunu bildirərək milli dəyərlərimizin təbliğindən məmnunluqlarını ifadə ediblər.

Sonda qonaqlara milli dəyərlərimizin əks olunduğu bir sıra hədiyyələr təqdim olunub.


Müəllif:

Oxşar xəbərlər