30 İyun 2015 23:14
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda keçirilən I Avropa Oyunları dövründə bu oyunlarla əlaqədar təşkil olunmuş repertuara əasasən, Azərbaycan Dövlət Musiqili Teatrında 15 tamaşa nümayiş olunub.

Mədəniyyət və Turizm Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, tamaşalar Azərbaycan və rus dilləri ilə yanaşı, nazirliyin dəstəyi ilə ingilis dilinə tərcümə olunaraq tərcümə sətirlər – qaçan titrlər vasitəsilə əcnəbilərə təqdim olunub.

11-28 iyun arası Musiqili Teatrda “Ər və arvad”, “O olmasın, bu olsun” (Ü.Hacıbəyli), “Skapenin kələkləri” (J.B.Molyer), “Kimdir müqəssir?” (Ə.Haqverdiyev), “Talelər qovuşanda” (R.Hacıyev, F.Zöhrabov), “Fransızsayağı qarnir” (M.Kamoletti) və başqa tamaşaları ümumilikdə dörd mindən çox tamaşaçı izləyib. Bu tamaşaçılar arasında Macarıstan, İtaliya, Almaniya, Kipr, Türkiyə, Rusiya, İngiltərə, İspaniya, Moldova, Polşa, Bolqarıstan, Danimarka, Fransa, Ukranya və başqa dövlətlərdən gəlmiş əcnəbilər də olub.

Həmin günlərdə nümayiş olunan uşaq tamaşalarında da – “Düyməcik” (Q.X.Anderson), “Qırmızı papaq” (E.Sabitoğlu, Y.Şvarts), “Bir dayan, canavar” (R.Ağayeva, A.Xayt, A.Kurilyanski) da yüksək tamaşaçı fəallığı ilə diqqət çəkib.


Müəllif:

Oxşar xəbərlər