26 May 2014 18:43
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tənqidçi Bəsti Əlibəyli Teleqraf.com-a açıqlamasında Azərbaycanda oxucunun inandığı tənqidçi olmadığını dedi:

“Mən bir imza olaraq özümə cavabdehəm. Ancaq siz dediyiniz kontekstdə o, problemlər var. Bunu heç kim inkar edə bilməz. Bu gün dediyiniz həmin neqativ məsələlər baş verir. Əslinə qalanda potensial var, həmin potensialdan düzgün istifadə etmək yoxdur. Sovet dövründə böyük tənqid xətti var idi. Müstəqillik dövründə həmin xətt itdi.

İndi açıq məkandayıq. Amma o da, böyük həqiqətdir ki, Azərbaycan oxucusunun inana bildiyi tənqidçi yoxdur. Şəxsən mənim vicdanım təmizdir. Ədəbiyyata necə gəlmişdimsə, indi də o, mənəvi təmizliyimi qorumuşam. Düzdür ədəbiyyat naminə bəzən mübağilələrə yol vermişəm. Çünki yazıçının bu gün əsərindən başqa heç nəyi yoxdur. Ona görə bəzən mübağilələrə gedərək həmin yazıçının ürəyini sevindirmişəm. Ancaq heç vaxt şərə xidmət etməmişəm. Mənim həmişə bir üzüm olub. Dünən təriflədiyim adamı, bu gün yerin yeddinci qatına soxmuram.

Tənqidçi nə balıqçı deyil ki, balıq tutsun, nə də balıq satan deyil ki, balığı sırımağa çalışsın. Tənqidçinin işi balığı çeşidləndirməkdir. Mən populyarlıq naminə yazmağı qəbul etmirəm. Hər kəs şəxsiyyətini qorumalıdır. Oxucu bilir ki, mənim ikiüzlüyüm yoxdur. Mən yazıçı haqqında danışmıram. Yalnız mətn barəsində yazıram”.

Rövşən


Müəllif: