9 İyul 2015 22:52
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Global House" yaşayış evinin layihə müəllifi fransalı Daniel Korsi və onun gənc memar dostlarıdır.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, memarların yeni dizaynda təklif etdikləri layihədə evin divar, tavan və döşəməsinin yoxluğu onun genişlik imkanlarını artırır.

Memarlar belə hesab edirlər ki, bu cür tikililər əslində dünyanın hər yerində inşa olunmalıdır. Yalnız o zaman ev doğrudan da qlobal adını daşıya bilər.

Layihə müəllifləri binaya "kosmik yumurta" görkəmini veriblər. Ev özü isə şərti olaraq 3 hissəyə bölünüb. Ən böyük hissəsi qonaqlar, 2-ci hissəsi istirahət zonası, digəri isə vanna otağı və işçi zonaya ayrılıb.

Binanın örtüyü xüsusi qatlardan ibarətdir. Xarici qat günəşin istiliyini toplayaraq, onu elektrik enerjisinə çevirir. Orta qat binanın əsasını təşkil edən metallik konstruksiyadandır.


Müəllif:

Oxşar xəbərlər