10 İyul 2015 00:37
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 14–də dünya şöhrətli musiqi xadimi, görkəmli müğənni və tanınmış ictimai xadim Rəşid Behbudovun anadan olmasının 100 illiyinə həsr olunmuş möhtəşəm tədbir keçiriləcək.

Mahnı Teatrının simfonik estrada orkestrinin bədii rəhbəri, əməkdar incəsənət xadimi Salman Qəmbərov AZƏRTAC- a bildirib ki, yeni mövsümdə dünya şöhrətli musiqiçinin yubileyi ilə əlaqədar olaraq müxtəlif silsilə tədbirlər planlaşdırılır. Bu tədbirlər Azərbaycan Prezidenti İlham Əliyevin Rəşid Behbudovun 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı müvafiq Sərəncama əsasan hazırlanmış tədbirlər planına uyğun təşkil olunacaq.

S. Qəmbərov deyib ki, dünya şöhrətli musiqi xadiminin yubiley gecəsində teatrın simfonik estrada orkestri də böyük musiqi proqramı ilə çıxış edəcək. Sənətkarın ifa etdiyi mahnılar orkestrin ifasında yeni təqdimatda səslənəcək.

İnstrumental kompozisiyalar və vokal ifalarından ibarət olacaq konsertdə bir sıra tanınmış xarici incəsənət nümayəndələrinin iştirakı gözlənilir.


Müəllif: