“Azərbaycanfilm” və Rusiyanın “Vaytmedia” şirkətinin ortaq layihəsi olan “Qırmızı bağ” tammetrajlı filminin çəkilişləri başa çatıb.
Teleqraf.com xəbər verir ki, filmin ssenari müəllifi və rejissoru, əməkdar incəsənət xadimi Mirbala Səlimlidır.
Çəkilişləri Moskvada və Bakıda aparılan bu ekran əsəri hazırda montaj prosesindədir. Səsləndirmə işi Bakıda, montaj isə Sankt-Peterburqda aparılır.
Azərbaycan dilində olan filmin quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonit Karpov, bəstəkarı Salman Qəmbərovdur. Filmin prodüserləri isə Müşfiq Hətəmov və Timur Vaynşteyndir.
Rolları Bakı, Şəki, Gəncə və Moskva teatrlarının aktyorları canlandırıblar. Əsas rollarda Maqsud Məmmədov, Gülzar Qurbanova, Xanlar Həşimzadə, İlham Hüseynov, Ramis İbrahimov və Şəki məktəblisi Taleh Bədiyev çəkilib.