27 May 2014 13:09
1 628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yazıçı Seymur Baycanın ruhi xəstəxanada müalicə alması xəbəri sosial mediada böyük səs-küyə səbəb olub.

“İki ildi məndə belə bir təəssürat yaranıb ki, qarnımda qurbağa yaşayır. Bir az əziyyət çəkirəm. Teatra, ictimai yerlərə gedə bilmirəm. Sakit yerdə otura bilmirəm ki, birdən quruldayar, yaxşı çıxmaz, narahatlıq yaranar. Doktor mənə başa saldı ki, bu mümkün deyil. Belə bir şey ola bilməz. Mən də dedim ki, bəlkə suyun içində balaca balasını udmuşam, qarnımda böyüyüb.” –Seymur Baycanın bu fikirləri facebook istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

Teleqraf.com saytı sosial mediada yazılan fikirləri sizə təqdim edir:

Şair Şəhriyar del Gerani:

“Seymurun son olaraq çıxartdığı oyunu Aqşinə ironiya kimi dəyərləndirirəm, başqa heç nə. İnanıram, sabah mən də xərçəng olsam "Rak"la “Zalatoy Kaltso” içib, şəkil çəkdirən dostlar tapılacaq...
P.S Bu arada siz bir dənə də olsun Seymurdan istedadlı və ağıllı uzunqulaq göstərə bilməzsiz mənə...”

Yazıçı Jalə İsmayıl:

“Bir yazar oxucunu bir dəfə qələminə doladı, iki dəfə, beş dəfə...
Hər dolamadan sonra o, yenə də ciddi-ciddi müzakirə olunursa, yazar haqlı deyilmi qələminə sarımaqda?”

Jurnalist Mahir Məmmədli:

“Seymur Baycan: “İki ildi məndə belə bir təəssürat yaranıb ki, qarnımda qurbağa yaşayır. Bir az əziyyət çəkirəm. Teatra, ictimai yerlərə gedə bilmirəm. Sakit yerdə otura bilmirəm ki, birdən quruldayar, yaxşı çıxmaz, narahatlıq yaranar. Doktor mənə başa saldı ki, bu mümkün deyil. Belə bir şey ola bilməz. Mən də dedim ki, bəlkə suyun içində balaca balasını udmuşam, qarnımda böyüyüb.”

Deyəsən, özünü dəliliyə vurub. Ya da həqiqətən baş gedib adamda.”

Yazıçı Rüfət Əhmədzadə:

“Seymur Baycanı sevənlər çoxdur, sevməyənlər də. Başlayaq müzakirəyə ki, Seymur yaxşıdır, yoxsa pisdir – mübahisə səngiməz. Onun “geyimini dəyişdiyi”, “dəbini təyin etdiyi” kütlə də onu daş-qalaq edən kütlə ilə analoq təşkil edir. Yəni, bu iki kütlə arasında elə də fərq görmürəm. Təsəllisi Seymur Baycan olanla problemi Seymur Baycan olan insanlar mənim üçün maraqlı deyil... Heç bir cəbhədə yer almaq istəməzdim.

Bəli, bu gün bizim Seymur Baycan elə bizim Azərbaycan üçün xəstəliyə çevrilib. Amma hər ikisi bizimdir. Bizim olanları kəsib atmağa dəyməz. Bu xəstəlik mövcud olmalıdır. Lağlağı və çürükçü “maariflənməyə” qarşı immunitetimiz qalxanda, Seymur Baycan da ciddi ədəbiyyat və publisistika ortaya qoyacaq. Çünki onun buna istedadı, ağlı və bir yazıçı üçün lazım olan bütün bacarıqları var...

Tez qayıt, Seymur! Biz səni də sevirik, qarnındakı qurbağa balasını da!”

“Qafqazinfo.az” saytının baş redaktoru Əlbrus Ərud:

“Mən haradasa Seymurun qarnındakı Qurbağa ilə Xoşqədəmin yaralanması arasında bir əlaqə görürəm. Həmid Herişçi demişkən burada bir mistika var".

Jurnalist Elşad Məmmədli:

“Seymur Baycanın qurbağa fobiyası yeni məsələ deyil. O, əsgərlikdə olanda da yağış yağanda gölməçənin içinə girib qurbağa səsləri çıxardığına görə hospitala - psixiatriya şöbəsinə yerləşdirilmişdi”.


Müəllif: