22 İyul 2015 16:24
1 033
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı filantrop-biznesmen və innovator Yuri Milner britaniyalı fizik Stiven Hokinqlə birlikdə layihəyə yeni həyat vermək qərarına gəlib.

Teleqraf.com buro247-yə istinadən xəbər verir ki, "Breakthrough Listen" adlanan bu təşəbbüs çərçivəsində yerdənkənar sivilizasiyaların axtarışına 100 milyon dollar vəsait qoyulacaq.

Milyarder bu barədə iyulun 20-də London Kral Cəmiyyətində keçirdiyi mətbuat konfransında bildirib. Milner jurnalistlərin "yadplanetlilərin aşkar olunması məsələsini gizlətmək barədə dövlətlərin tələblərinə layihə necə reaksiya verəcək?" sualını belə cavablandırıb: "Layihə tamamilə apolitik olacaq. Biz heç nəyi gizlətmək fikrində deyilik. Tamamilə mümkündür ki, yadplanetlini bir həvəskar astronom tapsın, nə demək olar?".

Milner və Hokinqin sözlərinə görə, alimlər hər il "Süd yolu"ndakı milyardlarla uzduzdan və yüzlərlə yaxın qalaktikalardan gələn siqnalları müşahidə edəcəklər. Yadplanetlilərin axtarışı prosesinə arzu edən hər kəs qoşula bilər. "Breakthrough Listen" üzrə çalışmalar sayəsində əldə olunan məlumatlar SETİ layihəsinin (Searchfor Extraterres trial Intelligence) hesabatları sistemi (SETI@home) çərçivəsində analiz olunacaq.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər