Qvineya Respublikasının paytaxtı Konakri şəhəri 2017-ci il üçün dünya kitab paytaxtı elan olunub.
Teleqraf.com xəbər verir ki, bu günlərdə Parisdə UNESCO-nun mənzil-qərargahında keçirilmiş iclasda beynəlxalq ekspertlər komitəsi tərəfindən belə qərar qəbul edilib. UNESCO-nun baş katibi İrina Bokova 2017-ci ilin Dünya kitab paytaxtı adını almaq üçün UNESCO-ya daxil olmuş bütün müraciətlərin yüksək səviyyədə olduğunu qeyd edərək Konakrinin 2017-ci ilin Dünya kitab paytaxtı təyin edilməsi barədə Seçim Komitəsinin qərarını bəyənib.
Baş direktor Konakri sakinlərinə müraciətlə söylədiyi təbrik nitqində deyib: "Kitab, təhsil və qiraət insan həyatının əsas cəhətləridir. Qvineya Respublikasının kitabların populyarlaşmasına və savadlılığın artmasına verdiyi böyük töhfə onun mədəniyyəti və təhsili inkişafın və bərpanın hərəkətverici qüvvələri hesab etdiyini təsdiqləyir. UNESCO bu səyləri dəstəkləmək əzmindədir".
Hər il kitab sənayesinin üç əsas bölməsini təmsil edən beynəlxalq təşkilatlar - Beynəlxalq Naşirlər Assosiasiyası, Beynəlxalq Kitab Ticarətçiləri Federasiyası və Beynəlxalq Kitabxana Assosiasiyaları və İdarələri Federasiyası bütün il ərzində kitab paytaxtı adını daşıyacaq şəhəri seçirlər.
Rüstəm