1 Avqust 2015 20:24
964
12 Punto 14 Punto 16 Punto 18 Punto

"2015-ci ilin ötən dövrü kino sənayemiz üçün uğurlu olub.

"Azərbaycanfilm" kinostudiyasında, "Salnamə", "Yaddaş", "Azanfilm" və "Mozalan" studiyalarında yeni ekran əsərləri üzərində işlər davam etdirilib, bir sıra filmlərimiz beynəlxalq festivallarda uğur qazanıb".

Bunu Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsi kino yaradıcılığı və filmlərin təbliği sektorunun müdiri Yusif Şeyxov deyib. O, son altı ayda görülən işlərə nəzər salıb: "Ötən dövrdə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsalı başa çatmış "Ağır illər... Xoş xatirələr" sənədli, "Dərs" və "Yarımçıq xatirələr" bədii filmləri, "4.1 şəhər motivləri" gənclər kinoalmanaxına daxil olan iki ekran əsəri ("Zabitin şərəfi", "Dimitrov küçəsi, ev 86") təhvil verilib. Həmçinin "Motivlər-2" kinoalmanaxından "Qara bağ" və "Hədiyyə" ("Eşqin sonsuz nəğməsi") adlı qısametrajlı ekran əsərləri üzərində iş başa çatıb, almanaxa daxil olan "Postskriptum" qısametrajlı bədii filmi üzərində isə işlər davam etdirilir".

O bildirib ki, hazırda "Qırmızı bağ", "Qatil", "Xeyir ilə Şərin rəqsi", "İçəri şəhər" bədii filmləri və Azərbaycanla Almaniyanın müştərək istehsalı olan "Sarılar - Qarabağ atının səyahəti" adlı sənədli film üzərində montaj-səsləndirmə işləri aparılır. Bu il kinostudiyada "Köşk" bədii filmi və "Bəstəkar" sənədli filmi istehsala buraxılıb.

Nərmin


Müəllif:

Oxşar xəbərlər