Bu ilin noyabrında Belarusun paytaxtı Minsk şəhərində Gənclərin II Beynəlxalq Teatr Forumu keçiriləcək. Tədbirdə Azərbaycanın bir qrup teatr xadimi də iştirak edəcək.
Mədəniyyət və Turizm Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, forum Belarusun Mədəniyyət və İdman Nazirlikləri ilə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və hər iki ölkənin Teatr Xadimləri ittifaqlarının birgə təşəbbüsü ilə keçiriləcək. Forumda iştirak etmək üçün 300-dən çox qonaq Minskə toplaşacaq. Azərbaycanı 30 nəfərlik nümayəndə heyətinin təmsil edəcəyi gözlənilir. Forumda ölkəmizi Akademik Milli Dram Teatrı “Kitabi-Dədə Qorqud” dastanı əsasında hazırlanan “İlahi oyun” tamaşası ilə təmsil edəcək.
Qeyd edək ki, Çexov festivalı çərçivəsində keçiriləcək Gənclərin II Beynəlxalq Teatr Forumunda 14 ölkədən nümayəndə heyətləri iştirak edəcək.
Nərmin