Son illər bir sıra yeni muzeylər yüksək səviyyəli memarlığı, öz divarları arxasında müasir rəssamların ciddi sərgilərini keçirməklə mətbuatın diqqətini cəlb etdi.
Teleqraf.com buro247-yə istinadən təqdim edir:
Prada fondu muzeyi, Milan
Böyük incəsənət, kino və mearlıq xadimlərinin cəlb olunduğu sərgi kompleksi ötən yazın sonunda açılıb. Keçmiş şərab zavodunun binası artıq bir neçə ildir ki, Prada moda evinə məxsusdur. Niderlandlı memar Rem Kolxas onu böyük art-məkana çevirib. Əvvəllər ofislər və Luiza Burjua, Stiv Makkuin və digər rəssamların müvəqqəti ekspozisiyalarının tutduğu Prada Fonduna məxsus mövcud binalara Kolxas daha ikisini əlavə edib: qala, sərgilər üçün pavilyon və kinoteatr. Yeni Luce barının yaradılmasına isə rejissor Ues Anderson da cəlb olunub. O, interyerlərə könə Milan kafelərinin stilini gətirib.
9 may - 25 avqust tarixlərində Milanda iki məşhur heykəltəraşın installyasiyalarını da görmək mümkün olacaq: amerikalı Robert Qober və alman Tomas Demand. Sərgi fəaliyyətlərinə əlavə olaraq, Prada kinonümayişlər sikli də təşkil edir: Federiko Fellini, Roman Polanski kimi rejissorların işləri bu sikl çərçivəsində nümayiş olunacaq.
Fondation Louis Vuitton, Paris
Bulon meşəsinin mərkəzində yerləşən Frenk Qerinin yaratdığı şüşədən olan bulud şəklindəki bu tikili Paris memarlıq landşaftının mirvarisi hesab olunur. Bernar Arno fondunun bir il öncə açılmasına baxmayaraq, onun bütün işlərindən ibarət kolleksiyanı ancaq indi görmək olar. Hazırda "The Keys to a Passion" kolleksiyası özünə Edvard Munk, Konstantin Brankuzi və Mattisin işlərini daxil edir. Açıldığı andan etibarən muzey ziyarətçilərə Arnonun şəxsi kollekisiyasından olan eksponatları, o cümlədən Tasita Din, Volfqanq Tilmans, Bas Yan Aderin işlərini təqdim edib.
Uitni Amerika incəsənəti Muzeyi, Nyu-York
Mitpekinq rayonunda yerləşən yeni Uitni muzeyi məşhur memarsız keçinməyib: özünə 4 böyük, işıqla dolu qalereya daxil edən polad və şüşədən olan assimetrik tikili, eləcə də terraslar və zahiri pilləkən qəfəslər seriyası - bütün bunlar Rentso Pyanonun işidir.
Bu yay qeyri-adi stullardan ibarət rəssam Meri Heilmanın "Sunset" installyasiyası ziyarətçilərin böyük marağına səbəb olub. Bundan əlavə, Uitni muzeyi "America is Hard to See" sərgisi ilə açılır. Robert Frostun poemasından adı götürülən ekspozisiyaya Uitni arxivlərindən olan 400 rəssamın müəllifi olduğu 600-dən çox iş daxil olub.
Kunsthaus Dahlem, Berlin
Berlində müharibədən sonrakı alman modernizminə həsr olunmuş tamamilə yeni art-məkan böyük marağa səbəb olub. İkinci Dünya Müharibəsinə qədər o, nasist partiyalarından birinə aid olan və onun maraqlarını müdafiə edən rəssam Arno Breker üçün studiya olaraq tikilib.
Memarlar Pyotr və Pavel Kaxlfeldlərin yeni baxışı ilə bina restavrasiya edilmiş və mədəniyyət mərkəzinə çevrilmişdir. Burada açılan sərgilər qərbi və şərqi Almaniya rəssamlarının işlərini tandemdə təqdim edərək, bir növ bu iki alman modernizm axınlarını barışdırmaq məqsədi güdür.
Broud incəsənət Fondu muzeyi, Los-Anceles
Seriya tikinti uğursuzluqlarından sonra muzeyin qapıları nəhayət ki, açıldı və Los-Anceles sakinləri sözün əsl mənasında böyük memarlıq əsərlərini görmək şansı qazandılar. Binanın memarı məşhur Zaha Hadiddir. Muzeyin sahibləri isə milyardlıq sərvətə sahib olan mesenat və incəsənət əsərlərinin kolleksionerləri Elia və Edir Brouddur. Cütlük bütün həyatları boyu Sindi Şerman, Roy Lixtenşteyn, Ceff Kuns və Kristofer Vul kimi rəssamların işlərindən ibarət böyük kolleksiyalar toplayıblar. Muzeydə müasir incəsənət obyektlərindən əlavə yunan və Roma incəsənəti əsərləri, Orta Əsr və İntiba dövrü əşyaları, 19-cu əsr Amerika rəssamlığı, eləcə də modern dövrünün əşyaları toplanıb.