10 Avqust 2015 08:05
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 20-dən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində yeni tamaşanın məşqlərinə başlanacaq.

Teatrın mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, "Mərhumun mesajı" adlı əsərin müəllifi Hüseynbala Mirələmovdur.

Tamaşanın quruluşu rejissoru, əməkdar incəsənət xadimi Oruc Qurbanovdur.

Səhnə əsərində əsas rolları xalq artisti Ramiz Məlik, əməkdar artistlər Şəlalə Şahvələdqızı, Əli Nur və başqaları canlandıracaqlar. Səhnə əsəri yeni mövsümdə təhvil veriləcək.


Müəllif:

Oxşar xəbərlər