11 Avqust 2015 13:32
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan filmləri XI Kazan Beynəlxalq Müsəlman Kino Festivalının proqramına daxil edilib.

Mədəniyyət və Turizm Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, sentyabrın 5-dən 11-dək "Mədəniyyət dialoqundan dialoq mədəniyyətinə" devizi ilə keçiriləcək XI Kazan Beynəlxalq Müsəlman Kino Festivalının proqramına 25 ölkədən tammetrajlı və qısametrajlı bədii və sənədli filmlər, həmçinin animasiya filmləri olmaqla ümumilikdə 50 film daxil edilib. Azərbaycan istehsalı olan "Bakı sübhdən günbatanadək" filmi festivalın "Tammetrajlı sənədli filmlər" kateqoriyasında, "Köhnə saat" cizgi filmi isə "Animasiya filmləri" kateqoriyasında təqdim ediləcək.

"Bakı sübhdən günbatanadək" tammetrajlı sənədli filmi Polşa kinematoqrafçılarının iştirakı ilə "Dünya sübhdən günbatanadək" beynəlxalq layihəsi çərçivəsində hazırlanıb. Layihə çərçivəsində şəhər həyatının ayrı-ayrı situasiyalarını əks etdirən 3-4 dəqiqəlik süjetlərdən ibarət 18 qısa film çəkilib ki, bu filmlərdən də 50 dəqiqəlik bir tammetrajlı sənədli film ərsəyə gəlib.

Layihənin Azərbaycandakı tərəfdaşı Mədəniyyət və Turizm Nazirliyi və "Azanfilm" studiyasıdır.
"Azanfilm"in "Birlik" yaradıcılıq studiyası ilə birgə istehsal etdiyi "Köhnə saat" cizgi filminin rejissoru Cavid Əhədov, bədii rəhbəri Firəngiz Qurbanova, prodüseri Fariz Əhmədovdur.


Nazirlik: "Azdrama" müstəqil qurumdur"

Akademik Milli Dram Teatrının ədəbi hissə müdiri Atababa İsmayıloğlu tutduğu vəzifədən kənarlaşdırılıb. Bu dəfə mətbuata açıqlama verən teatrın ədəbi hissə müdiri bildirib ki, ona işdən azad olunması barədə kadrlar şöbəsindən məlumat verilib və bu, direktor İsrafil İsrafilovun tapşırığı ilə əsaslandırılıb. İşdən azad edilməsi ilə razılaşmayan ədəbi hissə müdiri baş verənləri özbaşınalıq adlandıraraq bu məsələ ilə bağlı müvafiq nazirliyə müraciət edəcəyini, nazir müavini Ədalət Vəliyev ilə görüşüb, şikayət etmək istədiyini də əlavə edib.

Nazirliyin sektor müdiri İntiqam Hümbətov açıqlamasında baş verənləri teatrın daxili məsələləri adlandırıb: "Teatr nazirliyin tabeliyində olsa da, müstəqil qurumdur. Teatrların direktorunu nazir təyin edir. Kimi işə götürmək, kimi işdən çıxarmaq işlərinə teatrın direktoru baxır. Hər işdən çıxan adamı nazirlik səviyyəsinə qaldırmaq lazım deyil".

Nərmin


Müəllif:

Oxşar xəbərlər