11 Avqust 2015 14:42
1 434
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xalq artisti Muxtar Maniyevin ayağı amputasiya olunub.

M. Maniyevin xanımı Nəsibə Maniyevanın APA-ya verdiyi məlumata görə, xalq artisti bu gün Elmi Cərrahiyyə Mərkəzində əməliyyat olunub: “Əməliyyat sol ayağından olunub. Sol ayaq topuq nahiyəsindən amputasiya olunub. Bir müddət əvvəl barmağında qaralma var idi. Biz düşünürdük ki, ən pis halda barmaq kəsilər, amma mümkün olmadı. Həkimlər əməliyyatı vacib hesab etdilər. Əgər ayaq amputasiya olunmasaydı, qanda zəhərlənmə ola bilərdi, bu da yuxarı ətrafların sıradan çıxmasına gətirib çıxarardı”.


Həyat yoldaşı bildirib ki, M. Maniyev hazırda reanimasiyadadır: “Ümid edirik ki, reanimasiyadan palataya yerləşdirilməsi çox çəkməyəcək. Baş həkimə də, həkimlərlə də danışmışıq, əllərindən nə gəlirsə, edirlər”.

Qeyd edək ki, M. Maniyev avqustun 6-da xəstəxanaya yerləşdirilib.


Müəllif:

Oxşar xəbərlər