29 May 2014 13:04
2 104
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Yazıçılar Birliyində qurultaya hazırlıq işləri davam edir. Hazırlıq işləri çərcivəsində bu gün “Nəsr” şöbəsi üzrə qurultaya nümayəndələrin seçilib.

Bu barədə Teleqraf.com-a açıqlamasında seksiyanın rəhbəri, “525-ci qəzet”in redaktoru Yaşar məlumat verib.

O, qurultaya “Nəsr” şöbəsindən 35 nümayəndə seçildiyini dedi:

“Qurultaya hazırlıq işləri davam edir. Bu gün də “Nəsr” şöbəsi üzrə nümayəndələri seçdik. Səsvermə tam qaydasında aparıldı. 35 nəfər nümayəndə seçildi. Səsvermə zamanı narazılıq edənlər olmadı. Üzvlərin demək olar ki, hamısı üzdə olan, tanınan yazıçılardır. Onların arasında Aqil Abbas, Fəxri Uğurlu, Taleh Şahsuvarlı da var”.


Müəllif: