Rusiyanın Xantı-Monsiysk şəhərində keçirilən VII Beynəlxalq “Yuqra” ədəbi mükafatının təqdim və təltif etmə mərasimi keçirilib. Həmyerlimiz Məmməd Oruc da müsabiqənin mükafatçıları sırasında olub.
Bu barədə qəzetimizə Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən məlumat verilib. Məmməd Oruc müsabiqə barəsində bunları deyib:
“Təbii ki, sevinirəm. Bilirəm ki, bu mənim zəhmətimə verilən qiymətdir. Mən artıq bilirəm ki, bu ədəbi mükafatın qalibləri sırasında Valentin Rasputin, Yuriy Polyakov, Danil Qranin kimi məşhur ədəbi simalar var. Buna görə də, bu mükafatı almaq mənim üçün böyük fəxrdir”.