Xalq artisti Nuriyyə Əhmədova səhhətindən danışıb.
Xalq artisti Teleqram.com-a bilirib ki, həkim nəzarətində müalicəsini davam etdirir: “Hazırda təzyiqim yüksəkdir. Eləcə də ürəyim ağrıyır. Həkim deyir ki, səhhətindəki problemlər hava ilə əlaqədardır. İsti havada küçəyə çıxmağa icazə vermir”.
Dövlət tərəfindən ona ev verilməsini gözləyən xalq artisti qeyd edib ki, hazırda bu barədə məlumat yoxdur: “Bəzən mətbuatda yazırlar ki, Nuriyyə xanıma ev verəcəklər. Deyirəm ki, əvvəllcədən bu haqda xəbər yazmayın. Hazırda Naidə Orucovanın evində qalıram. Şüvələnda rəfiqəmin bağ evinə də gedirəm. Amma revmatizm xəstəliyindən əziyyət çəkdiyim üçün oranın havası mənə düşmür. Səhhətim məni çox incidir, özümə yer tapa bilmirəm. İndi bacım zəng etdi ki, səni hara aparaq? Dedim ki, hara aparacaqsınız ki, oğlumun ili yaxınlaşır”.
Rəqsanə Həsənova