20 Avqust 2015 01:55
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur Britaniya qrupu “The Beatles”-in səsyazma studiyası ilə ilk müqaviləsi sentyabrda Nyu Yorkda “Heritage” auksion evində satışa çıxarılacaq.

Trend bu barədə RIA Novosti-yə istinadən məlumat verir.

Müqavilə 1961-ci ildə kvartetin Almaniyada çıxışı zamanı bağlanıb.

Müqaviləni Con Lennon, Pol Makkartni, Corc Harrison və Pit Best imzalayıb.

Auksion evi sənədin satışından 150 min dollar əldə etməyi planlaşdırır.


Müəllif:

Oxşar xəbərlər