20 Avqust 2015 14:49
1 118
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Aybəniz Haşımova sosial şəbədə mahnıları yanlış ifa edən müğənnilərdən şikayətlənib.

Teleqraf. com xəbər verir ki, əməkdar artist bu tip ifaları efirdə yayımlayan televiziya işçilərinə də tənqidi münasibət bildirib: “Efirdə bəzi müğənnilər mahnını bildi, bilmədi, səhv ifa edirlər. Sovet vaxtı bir kəlmə səhv sözə görə, bütün mahnı pozulurdu və “Qızıl fond”a qəbul etmirdilər, özü də necə sənətkarların lent yazılarını. İndi millətin musiqi sənətini hara aparırsınız, ay televiziyada çalışanlar! Deyəndə də xətirlərinə dəyir. Ya həddindən artıq pula meyillənmisiniz, ya da savadınız sıfırdır”.

Rəqsanə Həsənova


Müəllif:

Oxşar xəbərlər