“Gərək zamanla ayaqlaqlaşmağı bacarasan. Yoxsa indiki zəmanədə heç kim səni səhnəyə buraxmaz”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Xalq artisti İlham Namiq Kamal deyib. Onun sözlərinə görə, o zamanla ayaqlaşmağı bacaran aktyorlardandır. Uzun illərdir ki, rəsmi internet səhifəsi fəaliyyət göstərən Xalq artisti sosial şəbəkələrdən, xüsusilə, “Facebook”dan çox sıx istifadə edir:
“Həmişə fikirləşirəm ki, insan yaşından asılı olmayaraq öz zəmanəsinin ayrılmaz fərdi olmağı bacarmalıdır. Zamanla ayaqlaşmasan, bu sənətdə irəliləmək, hər zamanda səhnədə olmaq çox çətin olar. Mən də zamanla ayaqlaşıram. Neçə illərdir ki, rəsmi internet səhifəm fəaliyyət göstərir, sosial şəbəkədə profilim var. Orada tamaşalardan fotolarım, videolarım, özüm, kitablarım barədə məlumatlar yerləşdirirəm. Mütaliə edirəm, əcnəbi teatrlarla maraqlanıram, aktyor kimi öz üzərimdə çalışıram. Nə kimi yeniliklər edə bilərəm? - bu haqda çox düşünürəm. Aktyor adi bir insandır, zəmanəsinin insanıdır. Aktyor daima öz üzərində işləməlidir. Aktyor saçından tutmuş ayağına qədər alətdir. Hər kəs yaşından asılı olmayaraq o aləti həmişə saf saxlamalıdır. Aktyorda bu keyfiyyətlər varsa, ona qarşı da hər zaman hörmət, diqqət olar”.
Nərmin