Xalq artisti Habil Əliyev Mərkəzi Klinik Xəstəxanasından öz istəyi ilə evə buraxılıb.
Bu haqda Teleqraf com-a danışan xalq artistinin həyat yoldaşı Şərqiyyə Əliyeva Habil Əliyevin vəziyyətinin orta ağır olduğunu bildirib: “Habil müəllim hazırda evdədir, xəstəxanadan dünən saat 4-də buraxılıb. Həkim müalicəni evdə davam etdirir. Demirəm ki, vəziyyəti yaxşıdır, orta ağır olaraq qalır. Həkimlər əllərindən gələni edirlər. Habilin özü xəstəxanada qalmaq istəmədi. Həkim dedi ki, eybi yox, Habil müəllimin istəyi ilə olsun. Nə lazımdırsa, evdə edəcəyik”.
Rəqsanə Həsənova