29 May 2014 17:03
1 365
12 Punto 14 Punto 16 Punto 18 Punto

“World Music Awards” mükafatını alan müğənni Emin Ağalarov jurnalistlərlə görüşəcək.

İfaçının mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata əsasən, iyunun 2-də “Sea Breeze” otelində KİV nümayəndələri üçün mətbuat konfransı “World Music Awards 2014”lə bağlı olacaq.

Xatırladaq ki, Emin Ağalarov “World Music Awards 2014”də “ən yaxşı ifaçı” (Best Selling Artist) adını alıb. Emin O, Azərbaycandan “World Music Awards” mükafatını alan ilk müğənnidir.

Musiqiçi eyni anda üç mükafata namizəd olub. Onların arasında “Best Live Act” və “Best Male Performer” (“Ən gözəl canlı ifa” və “Ən yaxşı artist”).

Mükafat çərçivəsində Eminlə yanaşı dünya miqyaslı ulduzlar – Meray Keri (Mariah Carey), Mayli Sayrus (Miley Cyrus), Riki Martin (Ricky Martin), Florida (Flo-Rida), eləcə də həmin gün “Best Selling Russian Artists” mükafatını alan Rusiya ifaçıları Qriqori Leps və Timati də çıxış ediblər.

Aytən Həsənova


Müəllif: