Xalq artisti Muxtar Manıyev xəstəxanadan evə buraxılıb.
Xalq artistinin həyat yoldaşı Nəsibə Manıyevanın Teleqraf.com-a açıqlamasına görə, aktyorun səhhəti yaxşıdır: “Muxtar müəllim evə buraxılıb və səhhəti yaxşıdır. Artıq əməliyyat tikişini söküblər. Öldü, ölümdən qayıtdı. Müalicəsi ev şəraitində də davam edir. Avqustun 7-dən xəstəxanada idi. Şükür olsun Allaha, indi yaxşıdır. Normal yemək də yeyir. Düzdü, bir az arıqlayıb. Amma inşallah, yavaş-yavaş özünə gələr”.
Qeyd edək ki, Xalq artistinin sol ayağı amputasiya olunub.
Rəqsanə Həsənova