Xalq artisti Gülyaz Məmmədova oğlu Ramazanın müğənni kimi fəalliyyətini yüksək qiymətləndirir.
Muğam ifaçısı Teleqraf.com-a bildirdi ki, səsi olmasa, övladının incəsənət sahəsinə gəlməsinə icazə verməzdi: “Estrada janrında xarici mahnıları çox gözəl oxuyur. Anası deyil, müəllimə kimi oğlumun səsinin çox yaxşı olduğunu düşünürəm. Qəlbə təsir edən səsi var. Hətta ilk ifasından sevilməyə və fərqlənməyə başladı. Etiraf edirəm ki, səsini bəyənməsəm,sənətə gəlməsinə icazə verməzdim. Oğlum estrada janrı ilə yanaşı milli janrda da ifa edir. Bu günlərdə Gülyanaqla Fikrət Əmirovun “Mən səni araram” mahnısını ifa etdi. Düşünürəm ki, bu sahədə inkişaf edə bilər”.
Rəqsanə Həsənova