Məşhur İsveç qrupu “ABBA”-nın bir çox hitlərinin ifa edildiyi royal sentyabrın 29-u Londonda auksiona çıxarılacaq. Trend bu barədə “Associated Press”-ə istinadən məlumat verir.
Bu royalda qrupun “Waterloo”, “Dancing Queen” və “Money, Money, Money” kimi məşhur mahnıları ifa olunub. Alətin 928 min – 1,2 milyon dollara satılacağı gözlənilir.
“Sotheby” auksion evinin ekspertlərinin qiymətləndirməsinə görə, royala görə daha böyük məbləğ almaq olar. Çünki “ABBA” ilə əlaqəsi olan əşyalar nadir halda auksiona çıxarılır.