30 Avqust 2015 00:18
1 831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Firəngiz Mütəllimova şəxsi həyatına aid kitab yazır.

Xalq artisti Teleqraf.com-a bu kitabın o, vəfat etdikdən sonra çap olunacağını bildirib: “Kitabı yazmağa çoxdan başlamışam və mən həyatda olmayanda çap ediləcək. Həyatda yaşadığım hər şeyi yazıram”.

Aktrisa onu da bildirdi ki, ailə həyatını sənətə qurban verdiyi üçün peşman deyil: “Ailə həyatı qurdum, amma övladım olmadığına görə ayrıldım. Allahın işinə qarışa bilmərəm. Övladımın, ailəmin olmaması alın yazımdır və həyatda başqa şeylər də yaşaya bilərdim. Düzdür, qaranlıq otağımın işiğını özüm yandırıram, amma həyatımda yaşadığım heç bir hadisədən peşman deyiləm. Bizim çox mehriban ailəmiz var. Mən əməliyyat keçirən zaman bacım Nərgiz o qədər ağlamışdı ki, ayılan zaman həkim mənə dedi ki, qızınız özünü çox pis hiss edirdi. Ona ayıldığınızı xəbər vermək lazımdır”.

Rəqsanə Həsənova


Müəllif:

Oxşar xəbərlər