Sentyabrın 30-da Atlantik okeanında 100 il bundan öncə batmış "Titanik" laynerinin sonuncu menyusu onlayn-hərracda satılacaq.
Teleqraf.com-un məlumatına görə, "Invaluable" hərrac evinin həyata keçirəcəyi satışda preyskurantda birinci klass sərnişinlərinə lança təqdim edilən yeməklər göstərilib. Lotun təxmini qiyməti 50-70 min dollar olacaq. Menyunun tarixi 14 aprel 1912-ci ilə aiddir. Yeməklərin arasında qrildə quzu əti, krevetkalar, duzlanmış ət, pudinq və bir neçə pendir növü var. Tarixi sənədi gəmini tərk edərkən birinci klass sərnişini Avraam Linkoln Salomon özü ilə götürüb.
Menyunun arxa hissəsində Nyu-Yorkdan olan sərnişin İsaak Ceral Frauentalın imzası var. Bundan əlavə, hərracda gəmi zamanı xilas ola bilən "Titanik" sərnişinlərindən birinin məktubu və gəmidə türk hamamında çəki-kreslodan istifadə bileti təqdim olunacaq..
1912-ci il aprelin 15-də Sautqemptondan Nyu-Yorka ilk səyahəti zamanı Atlantik okeanında aysberqlə toqquşaraq batıb. Nəticədə 1496 insan həyatını itirib, 712 sərnişin xilas edilib.
Rüstəm