Xalq artisti Habil Əliyevin səhhəti pisləşib.
Bu haqda Teleqraf.com-a xalq artistinin yoldaşı Şərqiyyə Əliyeva məlumat verib:
“Hazırda Habil müəllimin vəziyyəti ağırlaşıb. Ağırlaşma bir gün əvvəl başlayıb. Ani ayılır və yenə yatır. Allahdan ümid kəsilməz. Xəstəxanaya yenidən köçürmək fikrimiz yoxdur. Çünki, nə lazımdırsa həkimlər edirlər və 24 saat yanındadırlar. Özü xəstəxanada qalmağı istəmədi və biz də sözündən çıxmadıq. Bütün aparatları evimizə gətiriblər. Buna görə prezidentimizə və klinika rəhbərliyinə təşəkkürümü bildirirəm. Hazırda danışa bilmir. Bir-iki gün əvvəl zəif də olsa, danışırdı. İki gündür yemək də yemir”.
Rəqsanə Həsənova