30 May 2014 13:08
1 038
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daha bir teatra yeni direktor təyin olunub

Mingəçevir Dövlət Dram Teatrına yeni direktor təyin olunub. Bu barədə Teleqraf.com-a Mədəniyyət və Turizm Nazirliyinin teatr şöbəsindən məlumat verilib. Bildirilib ki, mart ayından teatrın yeni direktor postuna Səxavət Məmmədov təyin olunub.

Teatrın keçmiş direktoru Həsən Həsənov öz ərizəsi ilə işdən çıxıb. Qeyd edək ki, Həsən Həsənovun adı mətbuatda teatrın aktyorları ilə bağlı qalmaqallar və məhkəmə çəkişmələri ilə yadda qalıb. Bu səbəbdən bəzi aktyorlar işdən və səhnədən uzaqlaşdırılıb. H.Həsənov açıqlamasında mart ayından direktor vəzifəsində çalışmadığını təsdiqləyib.


Yeni direktor Səxavət Məmmədov isə bildirib ki, keçmiş direktorun zamanında işdən çıxarılanların bəziləri yenidən teatra cəlb olunub. O bildirib ki, zamanında işdən çıxarılan aktyorların əllərində işə bərpa olunmaları ilə bağlı məhkəmə qərarı olsa da, o icra olunmayıb:

“Mən təyin olunandan sonra həmin insanları işə bərpa etdik və tövsiyyələrimizi verdik. 1 il 6 aydır biri işsiz, ikisi isə tamaşalarımızda iştirak etməyən aktyorlarımızı yenidən işə cəlb etmişik. Artıq onlar səhnədə fəaliyyətlərini davam etdirirlər”.

Pərvin


Müəllif: