7 Sentyabr 2015 15:42
1 268
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avtomobil qəzaından sonra səhhəti ağırlaşan xalq artisti Ramiz Əzizbəyli hazırda ev şəraitində müalicə olunur.

Teleqraf.com-a açıqlamasında R.Əzizbəyli hazırda hərəkətinin yaxşı olmadığını və müalicəsinin davam etdirdiyini bildirib: “Hərəkətimdə məhdudluq var, amma az da olsa, hərəkət etməyə çalışıram. Həyətdə oturmağa çıxıram. Arada kafeyə də gedirəm. Teatra getmək fikrim yoxdur, çünki uzaq yerlərə gedə bilmirəm. Hazırda müalicəm ev şəraitində davam edir və səhhətim normaldır”.

Qeyd edək ki, R.Əzizbəyli 2014-cü ildə fevralın 9-da avtomobil qəzası keçirib və qəzadan sonra yerimə qabiliyyətini itirmişdi.

Rəqsanə Həsənova


Müəllif:

Oxşar xəbərlər