30 May 2014 16:14
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prodüserlər Gildiyasının “GENİŞ BAXIŞ-2” ssenari müsabiqəsinin birinci mərhələsi başa çatıb.

Gildiyadan Teleqraf.com-a daxil olan məlumata görə, müsabiqənin şərtlərinə uyğun olaraq, 1 aprel- 15 may tarixinə kimi 70-dən çox sinopsis və ssenari Prodüserlər Gildiyasına təqdim edilib. Prodüserlər Gildiyası üzvlərinin keçirdiyi səsverməyə əsasən müsabiqənin ikinci mərhələsi üçün 3 sinopsis (ssenari) qalib elan edilib. Gildiya üzvləri seçim zamanı daha çox geniş tamaşaçı auditoriyasının marağını çəkən, kommersiya xarakterli sinopsis və ssenarilərə üstünlük veriblər.

Xatırladaq ki, müsabiqə iki mərhələdən ibarətdir. Birinci mərhələdə ən çox səs toplayan “İbişin tankı”, “Köşk” və “Tənha ürəklərin tanqosu” sinopsisləridir. “GENİŞ BAXIŞ-2” müsabiqəsinin şərtlərinə uyğun olaraq qalib gəlmiş 3 sinopsisin ssenari nümunəsi Azərbaycan Prodüserlər Gildiyasına təqdim olunacaq. Qaliblərinin adları 1 sentyabr tarixinədək elan olunacaq, daha sonra istehsalata buraxılacaq.


Nərmin


Müəllif: