15 Sentyabr 2015 16:12
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami Kino Mərkəzi daha bir yeniliyə imza atıb.

Teleqraf.com xəbər verir ki, Nizami Kino Mərkəzi Mədəniyyət və Turizm Nazirliyinin göstərişinə əsaslanaraq AF.Media- Azərbaycan şirkəti ilə birgə türk filmlərinin Azərbaycan dilində subtitrlərlə nümayişinə başlayıb.

Bundan sonra şirkət təqdim etdiyi bütün filmləri Azərbaycan dilində subtitrlərlə olacaq.

Bu yenilik digər ölkələrin distribyutorları ilə planlaşdırılan danışıqlardan sonra kinoprokata daxil olan Amerika, Avropa və Rusiya filmlərində də əksini tapacaq.

Həmçinin yeni sezonda kinomərkəzdə rəsmi tədbirlərlə yanaşı Beynalxalq Film Festivallarının, kino həftələrin, film təqdimatları və qala gecələrin, Yeni il və Novruz bayramı şənliklərinin və artıq ənənəyə çevrilmiş xeyriyyə aksiyalarının keçirilməsi planlaşdırılıb.

Nərmin


Müəllif:

Oxşar xəbərlər