Xalq artisti İlham Əsgərovun xatirə gecəsi təşkil ediləcək.
Publika.az xəbər verir ki, sentyabrın 6-da dünyasını dəyişən xalq artisti İlham Əsgərovla “Azdrama”da vida mərasiminin təşkil edilməməsinin səbəb olduğu narazılıq səngimir. Bununla bağlı bu gün ANS-in canlı efirində geniş müzakirə təşkil edilib. Müzakirələrdə aktrisalar Nuriyyə Əhmədova, Naibə Allahverdiyeva və Mehriban Xanlarova iştirak edib.
Aktyorun son mənzilə xalq artistinə yaraşmayan formada yola salındığını bildirən sənət adamları buna görə “Azdrama” rəhbərliyini kəskin tənqid ediblər. Qeyd edilib ki, İlham Əsgərovun sənət dostları “Azdrama” rəhbərliyini məhkəməyə veriblər.
Canlı yayımda gedən müzakirələrə “Azdrama”dan da reaksiya verilib. Belə ki, teatrda qəbul edilən yeni qərara görə, yaxın günlərdə İlham Əsgərovun xatirə gecəsi təşkil olunacaq.