Azərbaycan Dövlət Musiqili Teatrında gənc əməkdaşların iştirakı ilə toplantı keçirilib. Bu barədə məlumatı Teleqraf.com-a teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu verib.
“Gənclər nə istəyir?” adlanan tədbirdə teatrın direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev gənclərin teatrdakı fəaliyyətindən söz açıb, onların yaradıcılıq prosesində daha fəal iştirakı üçün teatr rəhbərliyinin hər cür şərait yaratmağa hazır olduğunu bildirib.
Teatrın gənc əməkdaşları Ruslan Mürsəlov, Gültac Əlili, Nərgiz Əlizadə, Elməddin Dadaşov, Əlif Cahangirli və başqaları çıxış ediblər. Gənclər çıxışlarında onları narahat edən məsələlərdən, qayğı və problemlərindən bəhs edərək müxtəlif təklif və təşəbbüslər irəli sürüblər. Səmimi şəraitdə keçən toplantıda gənclərin daha effektli və keyfiyyətli yaradıcı proseslə məşğul olması üçün bir sıra qərarlar qəbul edilib.
Teatr rəhbərliyi bəyan edib ki, gənclərin Bədii Şura tərəfindən məqbul hesab olunan bütün layihələrinə maddi və texniki dəstək veriləcək.
Nərmin