Bu gün Azərbaycan Dövlət YUĞ teatrı 26-cı mövsümünü açacaq.
Teatrdan APA-ya daxil olan məlumata görə, yeni mövsüm “Sonuncu” tamaşasının premyerası ilə başlayacaq.
Pərvinin pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatçısı xalq artisti Ramiz Həsənoğludur.
Tamaşada əməkdar artist Fərhad İsrafilov, aktyorlar Hikmət Rəhimov və Könül Cəfərzadə çıxış edir.
Tamaşa aktyor Fərhad İsrafilovun benefisi kimi hazırlanıb.