23 Sentyabr 2015 10:04
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya şöhrətli, məşhur gürcü teatr rejissoru, SSRİ Xalq artisti Robert Sturuanın səhnələşdirdiyi tamaşalar Azərbaycan Dövlət Musiqili Teatrında nümayiş olunacaq.

Teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Teleqraf.com-a açıqlamasında bildirib ki, tamaşaların nümayişi Şota Rustaveli adına Tiflis Dövlət Dram Teatrının oktyabr ayında Azərbaycana qastrol səfəri çərçivəsində baş tutacaq. 9 oktyabr tarixində Tamaz Çiladzenin “Ov mövsümü”, 11 oktyabrda isə Terrens Maknellinin “Mariya Kallas – Dərs” tamaşaları azərbaycanlı sənətsevərlərə təqdim olunacaq. Teatrının direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev qastrol səfərini çox yüksək qiymətləndirib: “Robert Sturua dünya səviyyəli bir rejissordur. Bizim teatrın istər Şota Rustaveli adına Tiflis Dövlət Dram Teatrı, istərsə də Robert Sturua ilə sıx əlaqələri var. Belə bir ustad rejissorun tamaşalarının azərbaycanlı tamaşaçılara təqdim edilməsi çox sevindirici haldır. Qeyd edim ki, bu qastrol səfəri Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi və Tiflis şəhər meriyasının təşkilati dəstəyi ilə baş tutacaq”.

Qeyd edək ki, SSRİ Xalq artisti Robert Sturuanın səhnələşdirdiyi tamaşaları izləmək istəyənlər biletləri Bakı şəhərinin bütün teatr-konsert kassalarından əldə edə bilərlər.

Nərmin


Müəllif: