30 Sentyabr 2015 12:14
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 1-7-də Bakıda Rusiya Filmləri Həftəsi keçiriləcək.

Teleqraf.com xəbər verir ki, Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, “Kinofest” Prodüser Mərkəzi və Nizami Kino Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq Film Həftəsi ilə əlaqədar rusiyalı kinematoqrafçılardan ibarət nümayəndə heyəti ölkəmizə səfər edəcək. Nümayəndə heyətinin tərkibinə xalq artisti Boris Şerbakov, aktyorlardan Denis Şvedov, Valeriy Şkirando, Olqa Lomonosova, Aleksandra Rozovskaya, prodüserlər Yekaterina Filippova, Dmitriy Savinskiy, Georgiy Malkov, nümayiş olunacaq “Quzum Dolli kinli idi, tez öldü” bədii filminin ssenari müəllifi, rejissoru və prodüseri, tanınmış televiziya xadimi Aleksey Pimanov və “Kinofest” Prodüser Mərkəzinin baş direktoru Sergey Bragim daxildir.

Film həftəsi çərçivəsində oktyabrın 1-də saat 19:00-da “Burada üfüqlər sakitdi...”, oktyabrın 2-də saat 18:40-da “Yaşıl karet”, oktyabrın 3-də saat 18:40-da “Quzum Dolli kinli idi, tez öldü”, oktyabrın 4-də saat 18:40-da “Kabus”, oktyabrın 5-də saat 18:40-da “Batalyon”, oktyabrın 6-da saat 18:40-da “Ələkeçməz”, oktyabrın 7-də saat 18:40-da isə “Əziz anam” bədii filmləri Nizami Kino Mərkəzində tamaşaçılara təqdim olunacaq. Film nümayişlərinə giriş sərbəstdir.

Nərmin


Müəllif:

Oxşar xəbərlər