Xalq artisti Mələkxanım Əyyubova muğam sənətinə gələn gənclərdən danışıb.
Xalq artisti Teleqraf.com-a açıqlamasında qeyd edib ki, muğam sənətinə savadlı gənclərin gəlməsi vacibdir.
Onun sözlərinə görə, ifa tərzinin yaxşı, amma savadlı olmayan tələbələr də var: “Gənclər arasında muğam sənətinə gələnlər çoxdur. Həmişə bu sahəyə axın olub, muğam sənətinə dövlət tərəfindən böyük şərait yaradılıb. Kaşki bizim zamanımızda da belə olaydı. Bildiyiniz kimi Mədəniyyət və İncəsənət Universitetdə gənclərə muğam sənətinin sirlərini öyrədirəm. Tələbə var ki, yaxşı ifa tərzi var, amma savadı yoxdur. Bəzilərinin isə həm savadı, həm də yaxşı ifa tərzi var. Və bu hal çox sevindiricidir. Gələcəkdə yaxşı sənətkar olmaq istəyirsənsə, yaxşı ifa tərzi ilə yanaşı savadın da olmalıdır. Onu da deyim ki, gənclər arasında savadının olmamamasına və nəyəsə görə uzaqlaşanlar da az deyil. Ona görə də muğam sahəsinə savadlı gənclərin gəlməsini istəyirəm. Sənətdə nailiyyət əldə etmək üçün zəhmət çəkmək lazımdır və gənclər də zəhmət çəksinlər. Bu gün sənətə gəldim nə isə qazananlar sonra arxayınlaşmasınlar”.
Rəqsanə