9 Oktyabr 2015 08:52
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami Kino Mərkəzində oktyabrın 8 –dən etibarən “Pen: Netlandiyaya səyahət” və “Marslı” filmlərinin nümayişinə başlanılıb.

Teleqraf.com xəbər verir ki, “Pen Netlandiyaya səyahət” filmi Avstraliya, ABŞ və Böyük Britaniya kinematoqrafçılarının istehsalıdır. Fantezi və məcara janrında olan filmin rejissoru Co Rayt ssenari müəllifi Ceyson Fuksdur. Filmin sloqanı: “Hər əfsanənin başlanğıcı var”.

Film sehirli Netlandiyada təhlükəli macəralarla qarşılaşan ata-anasız birindən bəhs edir. Çətinliklərlə qarşılaşdıqda başa düşür ki, onun taleyi qəhrəmanlıq edib həmişəlik yaddaşlarda Piter Pen adı ilə qalmaqdır.

Filmdə baş rollara Xyu Cekman, Levi Miller, Qarret Xedlund, Runi Mara, Adil Axtar, Nonso Anozi və başqaları çəkilib.

Rejissor Ridli Skottun, Dryu Qoddardın ssenarisi əsasında çəkdiyi “Marslı” filmi fantastika və macəra janrındadır. Sloqanı: “Onu evə qaytarın”

“Ares -3” mars missiyasını yerinə yetirərkən, iş əsnasında yaranmış təhlükəyə görə planeti tərk etməyə
məcbur qalır. Mühəndis və bioloq Mark Uotni qum fırtınası nəticəsində skafandrını zədələyir. Missiyanın əməkdaşları Markı ölmüş bilib, planeti onsuz tərk edirlər. Özünə gəldikdə Uotni başa düşür ki, Yer kürəsi ilə əlaqəsi kəsilib. İndi o, dörd ildən sonra gələcək “Ares -4” misiyasını gözləmək üçün həyatda qalmağı bacarmalıdır.

Filmdə rollara Mett Deymon, Cesika Çesteyn, Kristen Uiq, Ceff Daniels, Maykl Penya, Şon Bin, Keyt Mara, Sebastyan Sten, Aksel Henni, Çivetel Eciofor və başqaları çəkilib.

Nərmin


Müəllif:

Oxşar xəbərlər