Dünən gənc rejissor Asif Rüstəmovun çəkdiyi “Axınla aşağı” bədii filminin Avstriyada premyerası baş tutub.
Filmin istehsalçısı “Azərbaycanfilm” kinostudiyasından Teleqraf.com-a verilən məlumata görə, film Vyanada keçirilən LET’S CEE International Film Festivalı çərçivəsində nümayiş olunub. Filmin növbəti təqdimatı bu gün Actors Studio kinoteatrında keçirilib.
Festivalın müsabiqə proqramında yer alan digər filmimiz - “Nabat” isə 9, 10 və 11 oktyabrda Urania Kino və Village Cinema kinoteatrlarında nümayiş olunacaq. Nümayişlərə filmlərin yaradıcı heyəti qatılıb.
Nərmin