12 Oktyabr 2015 17:57
1 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Ağaxan Abdullayev Türkiyədən müalicədən qayıdıb.

Bu barədə Teleqraf.com-a danışan xalq artisti bildirib ki, 6 aydan bir Türkiyəyə gedib müalicəsini davam etdirir. Onun sözlərinə görə, növbəti gedişi aprel ayında olacaq: “10 gündür ki, gəlmişəm. Həkim dedi ki, hər şey normaldır və yaxşı olacaq. Şükür Allaha, mən də özümü yaxşı hiss edirəm. Bütün müalicə xərclərimi Heydər Əliyev Fondu öz üzərinə götürüb. Buna görə Mehriban Əliyevaya öz təşəkkürümü bildirirəm. Mənə çox böyük köməklik edirlər”.

Qeyd edək ki, xalq artisti xərçəng xəstəliyindən əziyyət çəkir.

Rəqsanə Həsənova


Müəllif: