13 Oktyabr 2015 19:16
387

Yazıçı Aytən Cavanşirin üçüncü kitabı “Pərdələri çəkin” kitabı işıq üzü görüb.

“Pərdələri çəkin” kino və musiqi ulduzlarının yaradıcılıqları, məhəbbət və ehtiras, uğur və uğursuzluqlarla dolu şəxsi həyatları haqqında topludur.

Əsasən, retro kino və musiqi həvəskarları üçün töhfə olan kitabda siz onlarla məşhurun həyat hekayətini oxuyacaq və bəlkə də, indiyə qədər tanımadığınız yeni-yeni ulduzları kəşf edəcəksiniz.

Bu kitabda Marçello Mastroyanni, Federiko Fellini, Domeniko Modunyo, Odri Hepbern, İnqrid Berqman, Anna Manyani, Alen Delon, Anuk Eme, Adriano Çelentano, Frenk Sinatra, Ennio Morrikone, Nəsibə Zeynalova, Robert Hosseyn, Sofi Loren və digər onlarla dahi insanın həyat səhifələrini vərəqləyəcəksiniz, kino və musiqi fədailəri; gözəl, ancaq bədbəxt qadınlar, gözəl, amma qəddar qadınlar, qürurlu, fədakar və yalnız bir insanla xoşbəxt olmağı bacaran məşhurları tanıyacaq, onların sənət yolları və özlərinin həyat barədə fikirləri ilə tanış olacaqsınız.


Müəllif:
Загрузка...