13 Oktyabr 2015 20:24
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

HBO şirkətinə məxsus Cinemax Amerika telekanalı fantastik janrlarda əsərlər yazan Corc Martinin "Altı gümüş güllə" hekayəsini ekranlaşdırır.

Teleqraf.com buro247-yə istinadən xəbər verir ki, ssenaristlər əsərin əsasında kiçik serial yaratmağı planlaşdırırlar.

"Altı gümüş güllə" (The skin trade) novellasını Corc Martin 1989-cu ildə yazıb. Hadisələr sakinlərinin dərisi soyularaq ölü tapıldığı kiçik şəhərdə baş verir. Qətllərin qurbanları insanlar deyil, qulyabanılar olur. Baş qəhrəman Uilli qulyabanıdır. Detektiv yoldaşı ilə birlikdə o, cinayətləri araşdırmağa başlayır. Serialın ssenari müəllifi Kalinda Vaskez olacaq.

Qeyd edək ki, yazıçı Corc Martin daha çox "Buz və alov mahnısı" kitablar seriyasına görə tanınır. "Taxt-tac oyunu" serialı məhz bu əsər əsasında çəkilib.

Rüstəm


Müəllif: