2 İyun 2014 16:00
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən gəldim, qızlar”da oynadı və…

Gənc Tamaşaçılar Teatrının aktyoru mükafat alıb. Teleqraf.com-un xəbərinə görə, “Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyətinin və “Humay” Milli Mükafatı Akademiyasının təşkilatçılığı ilə təqdim olunan “Humay” mükafatı teatr nominasiyası üzrə Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar Artist, Prezident mükafatçısı Qurban İsmayılova verilib.

İstedadlı aktyor sözügedən mükafata Azərbaycan Teatr Xadimləri İttifaqı rəhbərliyinin təqdimatı ilə Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarında olan İsveç dramaturqu Lars Nurenin “Mən gəldim, qızlar” (“Müharibə”) əsərində canlandırdığı Kor ata obrazına görə layiq görülüb.


Məlumat üçün bildirək ki, 1993-cü ildə təsis edilmiş “Humay” milli mükafatı il ərzində ölkənin ictimai, siyasi və mədəni həyatında fəal iştirak edən şəxslərə təqdim olunur. Humay Akademiyası üzvləri tərəfindən müəyyən olunan mükafat teatr, kino, musiqi, ədəbiyyat, televiziya, kitab, təsviri sənət, idman və digər nominasiyalar üzrə təqdim olunur.

Nərmin


Müəllif: